Metbuat portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Milli Məclisdə Böyük Qayıdış üzrə xüsusi qurum yaradılması təklifi səsləndirilib.
Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında deputatların suallarını cavablandırarkən deyib.
“Biz bunu bir neçə dəfə səsləndirmişik. Hətta düşünürük ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin adının dəyişdirilməsi, Böyük Qayıdış üzrə komitənin yaradılması vacibdir. Böyük Qayıdışla bağlı suallara cavab verəcək ayrıca qurum ola bilər”, -deyə Z.Oruc əlavə edib.
Komitə sədri qeyd edib ki, qurumun adı yeni platforma çərçivəsində “Böyük Qayıdış üzrə komitə” olaraq dəyişdirilə bilər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.