Bakı. Trend:
Ötən ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə faktikikapital (əsaslı vəsait) qoyuluşları 1,989 milyard manat təşkiledib.
Bu barədə Trend Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)2024-cü ilin hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 12,1%çoxdur.
Eyni zamanda SOCAR üzrə faktiki kapital (əsaslı vəsait)qoyuluşları qazma üzrə 206,883 milyon manat (2,4% çox), tikintiüzrə 1,531 milyard manat (14,5% çox), quraşdırılması tələbolunmayan avadanlıqlar üzrə 95,265 milyon manat (35,1% çox),geoloji axtarış işləri üzrə 142,480 min manat (4,3% az) olub.
2024-cü ildə SOCAR üzrə əsas fondların təhvili 2,482 milyardmanat olub, bu da 2023-cü il ilə müqayisədə 1,487 milyon manatçoxdur.
Qazma üzrə əsas fondların təhvili 123,338 milyon manat olub ki,bu da 2023-cü il ilə müqayisədə 117,640 milyon manat azdır. Tikintiüzrə əsas fondlar 2,109 milyard manat təhvil verilib ki, bu da2023-cü il ilə müqayisədə 1,589 milyon manat çoxdur.
SOCAR üzrə 2024-cü ildə 195,654 milyon manat dəyərində əsaslıtəmir işləri yerinə yetirilib.