AZ

Xankəndidə erməniəsilli şəxsin törətdiyi təxribatın GÖRÜNTÜLƏRİ

Bu gün Xankəndi şəhərinin erməniəsilli sakini, 1967-ci il təvəllüdlü Karen Albertoviç Avanesyanın silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, görüntülərdə Karen Avanesyanın təxribat törətmək üçün avtomat və qumbaraları qabaqcadan gizlətdiyi yerdən götürməsi əks olunub. Lakin polis əməkdaşlarının sayıqlığı sayəsində onun niyyəti baş tutmayıb.

Qeyd edək ki, Karen Avanesyan bu gün qabaqcadan gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. pizza

Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.

K.Avanesyan hazırda həkim nəzarətindədir.


Telegram kanalımız
Seçilən
13
32
yenisabah.az

10Mənbələr