AZ

Tramp məmurların təhlükəsizliyini gücləndirmək üçün Konqresdən pul istəyib

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın administrasiyası amerikalı mühafizəkar fəal Çarli Kirkin qətlindən sonra icra və məhkəmə orqanlarının təhlükəsizliyini gücləndirmək üçün Konqresdən 58 milyon dollar istəyir.

APA xəbər verir ki, bu haqda “Bloomberg” Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

"Tramp administrasiyası Çarli Kirkin qətlindən sonra icra və məhkəmə orqanlarının təhlükəsizliyini gücləndirmək üçün Konqresdən əlavə 58 milyon dollar istəyir", - məlumatda deyilir.

Məlumatda həmçinin bildirilib ki, əlavə vəsait tələbi hökumətin maliyyələşdirilməsi məqsədilə büdcənin qəbulu üçün son tarix olan 30 sentyabrdan əvvəl gəlib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
11
apa.az

10Mənbələr