AZ

Səidə Bəkirqızı "Space TV"dən getdi - Özündən açıqlama

Jurnalist, aparıcı Səidə Bəkirqızı Speys TV-dən ayrılıb.

Sitat.info  xəbər verir ki, bu barədə Oxu.az-a xanım aparıcı özü məlumat verib.

S.Bəkirqızı açıqlamasında qeyd edib ki, bu gündən etibarən televiziya fəaliyyətini tamamilə dayandırmaq barədə qərar verib.

Jurnalistin son günlər məcburi köçkünlərlə bağlı işlətdiyi ifadələr ictimaiyyətdə geniş narazılığa səbəb olub. Speys TV Səidə Bəkirqızının sözlərinə görə cəzalandırılıb. Belə ki, 13 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib, telekanalın efirində qanunvericiliyin pozulması faktı müzakirə edilib.

Speys TV redaksiyası tərəfindən yayımda aparıcının çıxışının zorakılığa çağırış və təbliğ məzmunlu hissəsinin səsi məhdudlaşdırılsa da, efirə gedən parçada kifayət qədər pozuntu və nifrət nitqi halları büruzə vermişdir. Qeyd olunanları nəzərə alaraq, Audiovizual Şuranın üzvləri 16 sentyabr 2025-ci il tarixində həmin proqramın yayımı zamanından başlayaraq 6 saat müddətində (saat 08.00-dan 14.00-dək) "Space TV" kanalının yayımının dayandırılması haqqında yekdilliklə qərar qəbul ediblər.

Seçilən
11
19
sitat.info

10Mənbələr