AZ

Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlandı (FOTO)

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Abşeron dairəvi dəmiryolu marşrutu üzrə hərəkət edən qatarları sərnişin tələbatını təminetmək məqsədilə 15 sentyabr 2025-ci il tarixindən yenilənmişhərəkət cədvəli ilə xidmət göstərəcək.

Trendxəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, yeni hərəkət cədvəlinə əsasən, iş günləri Abşerondairəvi marşrutu üzrə reyslərin sayı 92-dən 104-ə çatdırılacaq.Belə ki, Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə reyslərin sayıiş günləri 36-dan 40-a, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə56-dan 64-dək artırılacaq. Qeyri-iş günləri isə Bakı–Xırdalan vəXırdalan–Bakı xətləri üzrə reyslərin sayı 16-dan 22-yəçatdırılacaq, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə 34 reys yerinəyetiriləcək.

Bu dəyişikliklər sərnişinlər üçün əlavə imkanlar yaradır. Beləki, Xırdalan və Biləcəri sakinləri üçün Bakı–Xırdalan vəXırdalan–Bakı xətləri üzrə əlavə reyslərin təşkili sərnişinlərin buistiqamətdə gündəlik gediş-gəlişini asanlaşdıracaq. Eyni zamanda,Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin artırılmasısərnişinlər üçün daha çox rahatlıq və seçim imkanı yaradacaq.

Ümumilikdə bu dəyişikliklərin sərnişin daşımalarında 10%-likartıma səbəb olacağı gözlənilir.

Qeyd edək ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyatinfrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçünDövlət Proqramı”nın təsdiq edilməsi haqqında AzərbaycanRespublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli, 456nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət Proqramının həyatakeçirilməsinə dair Tədbirlər Planı”nın icrası çərçivəsində Xırdalanşəhərinin M-1 Bakı−Quba Rusiya Federasiyası ilə dövlət sərhədi vəM-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolları ilə əlaqələndirməsinitəmin etmək məqsədilə Xırdalan–Güzdək sahəsində dəmiryol xətlərininaltından yeni avtomobil yolu keçidinin inşasına başlanacaq. Busəbəbdən ADY-nin Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişinqatarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq, qatarlarBakı–Biləcəri–Xırdalan–Bakı xətti ilə hərəkət edəcək.

Abşeron
Məqalədə:
Seçilən
6
49
az.trend.az

10Mənbələr