AZ

AK Partiya sədrinin müavini Naxçıvana gəlib YENİLƏNİB

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Sentyabrın 12-də Türkiyə Respublikasının Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlunun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.

APA-nın yerli bürosu xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib.

***

12.06

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu Naxçıvana gedir.

APA xəbər verir ki, bu barədə o özünün “X” hesabında yazıb.

“Bu gün Naxçıvan-İğdır xəttində ilk dayanacağımız, Türk Dünyasının strateji mərkəzlərindən biri olan “Türk Qapısı” adlandırdığımız Naxçıvan olacaq.

Gələcəkdə Azərbaycan-Türkiyə qardaşlığının bölgədə yaradacağı sülh və rifah mühiti Naxçıvan xəttindən yüksələcək”, - o bildirib.

Onun Naxçıvana yerli vaxtla 15:40-da çatması planlaşdırılır. Daha sonra bir sıra görüşlər baş tutacaq. Kürşad Zorlu növbəti gün İğdıra ziyarət edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
9
apa.az

10Mənbələr