Ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin (BNA) sabiq sədri Vüsal Kərimli Bakıda keçiriləcək beynəlxalq tədbirdə nəqliyyat və əməliyyat məsələləri üzrə rəhbər təyin edilib.
Mia.az qaynarinfo-ya istinadla xəbər verir ki, Vüsal Kərimli 2026-cı ildə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF-13) təşkilat komitəsinin əməliyyat məsələləri üzrə direktorun müavini vəzifəsinə gətirlib.