AZ

Hikmət Hacıyev ABŞ-də görüşlər keçirdi - FOTO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-də senator Stiv Deyns və Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Brayan Mast ilə görüşüb.

Missiya.Az xəbər verir ki, bununla bağlı Azərbaycanın ABŞ-dəki səfirliyi “X” hesabında paylaşım edib.

Bildirilib ki, görüşlər zamanı tərəflər Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-i Vaşinqtonda keçirilmiş Zirvə Görüşünün strateji əhəmiyyətini müzakirə ediblər. Görüşün Azərbaycan-ABŞ münasibətləri və regional sülh üçün müsbət nəticələrini vurğulayıblar.

Hikmət Hacıyev 907-ci düzəlişin ləğvinin vacibliyini qeyd edib və qarşı tərəfi Azərbaycana səfərə dəvət edib.

In meetings of @HikmetHajiyev with Senator @SteveDaines and the House Foreign Affairs Committee Chairman @RepBrianMast, the sides underlined the strategic importance of the August 8 Washington Summit between President Aliyev @presidentaz & President Trump @POTUS and its positive… pic.twitter.com/QRhQd9wuaR

— Azerbaijan Embassy US (@azembassyus) September 9, 2025

Seçilən
9
4
missiya.az

10Mənbələr