AZ

Sabah hava necə olacaq? - Proqnoz

Sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gündüz havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Mia.az xəbər verir ki, sabah temperatur gecə 20-24° isti, gündüz 27-30° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Seçilən
19
49
mia.az

10Mənbələr