AZ

Evdə köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi

BAKI, 7 sentyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Teleqraf-a bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1-i uşaq olmaqla 2 nəfərə müvafiq köməklik göstərilib.

Seçilən
3
7
teleqraf.com

10Mənbələr