AZ

Rusiyanın hücumu nəticəsində Ukrayna hökumət binası zədələndi

BAKI, 7 sentyabr. TELEQRAF

Rusiya gecə saatlarında Ukraynaya qarşı növbəti kütləvi PUA hücumu həyata keçirilib.

Teleqraf xəbər verir bu barədə Ukrayna KİV məlumat yayıb.

Ukraynanın Baş naziri Yuliya Sviridenkonun açıqlamasına görə, müharibə başlayandan bəri ilk dəfə hökumət binası zərbələr nəticəsində zədələnib.

"Binanın damı və yuxarı mərtəbələri dağılıb. Yanğınsöndürənlər hazırda alovu söndürür. Onların fədakar əməyinə görə təşəkkür edirəm. Binaları bərpa etmək mümkündür, lakin itirilmiş insan həyatını geri qaytarmaq olmaz. Düşmən hər gün ölkə boyu insanlarımızı terrora məruz qoyur və öldürür," – deyə Sviridenko bildirib.

Seçilən
8
50
teleqraf.com

10Mənbələr