AZ

ABŞ-ın neft ehtiyatları bir həftə ərzində 2,42 milyon barel artıb

Finss.az xəbər verir ki, ölkənin Enerji Departamentinin həftəlik hesabatına görə, ABŞ-ın kommersiya xammal ehtiyatları keçən həftə 2,42 milyon barel artaraq 420,7 milyon barrelə çatıb.

"Trading Economics"in məlumatına görə, ekspertlər onların orta hesabla 1,8 milyon barel azalacağını gözləyirdilər.

Avqustun 29-da bitən həftədə benzin ehtiyatları 3,8 milyon barel azalıb, distillələr isə 1,68 milyon barel artıb.

Nyu-York əmtəə birjasında (NYMEX) ticarət edilən neftin saxlandığı Cushing terminalında ehtiyatlar 1,59 milyon barel artıb.

Seçilən
7
50
fins.az

10Mənbələr