AZ

Əfqanıstanda GÜCLÜ ZƏLZƏLƏ oldu

Əfqanıstanda 6,1 bal gücündə zəlzələ baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar ölkənin şərqində Hindukuş dağlarında qeydə alınıb.

Zəlzələnin episentri təxminən 200 min nəfər əhalisi olan Cəlalabad şəhərindən 46 km şimal-şərqdə, yeraltı təkanların ocağı isə 42 km dərinlikdə yerləşib.

Bizim.Media

Seçilən
47
21
bizim.media

10Mənbələr