AZ

Qonşular arasında kütləvi dava baş veribVİDEO

Abşeron rayonunun Masazır qəsəbəsində qonşular arasında kütləvi dava qeydə alınıb. Nəticədə bir nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qonşular arasında mübahisəyə səbəb qapı açılması məsələsi olub.

Xezerxeber.az-ın məlumatına görə, həmin ünvanda yaşayan Ruslan Quliyev evinin küçəyə çıxışını təmin etmək üçün qapı açmaq istəyib. Lakin qonşusu Alim Nağıyev və övladları buna etiraz ediblər. Etiraz mübahisəyə, daha sonra isə  davaya çevrilib.

Ərazidə çəkiliş aparan zaman ittiham olunan tərəf - Ruslan Quliyev və oğlu hadisə yerinə gəldi.  Ruslan Quliyev açıqlamasında bildirib ki, qapını qanuna uyğun olaraq açmaq istəyir. Ancaq qonşu ona imkan vermir. 

DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, Abşeron rayonunun Masazır qəsəbəsində qonşular arasında olan insidentlə bağlı polisə müraciət daxil olub. Hadisə məişət zəminində yaranan mübahisə nəticəsində baş verib. Tərəflər ərazi üzrə polis orqanına gətirilib, ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
115
11
xezerxeber.az

10Mənbələr