1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Rusiya-Çin yaxınlaşmasının nəzarət altına götürülməsi məqsədilə Pentaqona xüsusi göstəriş verib.
Oxu.Az bildirir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset "Fox News" telekanalına müsahibəsində deyib.
"Təəssüf ki, əvvəlki administrasiyanın zəifliyi Rusiya və Çini bir-birinə daha da yaxınlaşdırdı. Bu, ABŞ liderliyinin və gücünün olmaması səbəb ilə baş verən dəhşətli hadisə idi.
Buna görə də Prezident Donald Tramp Müdafiə Nazirliyinə orduda islahatlar aparmağa, əhvali-ruhiyyəni qaldırmağa və çəkindirməni bərpa etməyə hazır olmağı tapşırıb", - ABŞ-nin müdafiə naziri qeyd edib.