AZ

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın yüksəksürətli katerini məhv edib: ANBAAN görüntülər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın Qara Dəniz Donanmasının yüksəksürətli katerini məhv edib.
Oxu.Az-ın UNİAN "Telegram" kanalına istinadən xəbərinə görə, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrindən məlumat verilib.
Məlumata görə, Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın hava-desant qoşunları bölməsini Tendrovskaya Kosa adasına (Qara dənizin şimal-qərb sahili yaxınlığında, Xerson bölgəsində bir ada - red.) endirməyə cəhd edən yüksəksürətli kateri vurub.
Əməliyyat zamanı Rusiyanın yeddi hərbçisi ölüb, dördü yaralanıb.
Seçilən
65
50
oxu.az

10Mənbələr