AZ

Prezident və birinci xanım Pekində Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradı izləyiblər - YENİLƏNİB

Çinin paytaxtı Pekində Yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib.

Bu barədə APA-nın Çinə ezam olunmuş əməkdaşı xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pekindəki Tiananmen Meydanında paradı izləyiblər.

***

05:05

Bu dəqiqələrdə Çinin paytaxtı Pekində Yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilir.

Bu barədə APA-nın Çinə ezam olunmuş əməkdaşı xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paradı izləmək üçün Çinin paytaxtı Pekindəki Tiananmen Meydanına gəliblər.

Çin Xalq Respublikasının Sədri Si Cinpin və Birinci Xanım Pen Liyuan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanı qarşılayıblar.

Seçilən
59
49
apa.az

10Mənbələr