1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Bu yaxınlarda Ankoricdə keçirilmiş sammit Vaşinqton üçün istənilən nəticəni verməsə, ABŞ Rusiya və Ukrayna ilə bağlı mövqeyini dəyişəcək".
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Bir neçə həftə əvvəl Alyaskada mənim Rusiya Prezidenti Vladimir Putinlə həqiqətən çox yaxşı görüşüm oldu. Görək, görüş nəyəsə gətirib çıxaracaqmı?! Əgər nəticə olmasa, başqa mövqe tutacağıq", - deyə dövlət başçısı qeyd edib.
O, hansı dəyişiklikləri nəzərdə tutduğunu dəqiqləşdirməyib.