1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə əlaqə saxladıqdan sonra onların görüşə hazır olmadıqlarını bildirib.
Oxu.Az-ın "Milliyet"ə istinadən verdiyi xəbərə görə, bu barədə o, Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitindən qayıdarkən açıqlama verib.
Ərdoğan bildirib ki, sammit çərçivəsində Putinlə görüşdə münaqişənin ədalətli sülhlə bitməsi yollarını müzakirə ediblər. Türkiyə lideri, həmçinin vurğulayıb ki, Ankara danışıqlar yolu ilə nizamlanmanın tərəfdarıdır.
"Danışıqların səviyyəsinin tədricən yüksəldilməsi bizim istədiyimiz yoldur. Sülh ümidini həllyönümlü və konkret nəticələrə çevirmək lazımdır. Bunun üçün biz rəhbərlik səviyyəsində bu məsələni həll etməliyik", - o bildirib.