AZ

Sabaha olan hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidməti avqustun 29-na gözlənilən hava şəraiti barədə məlumat yayıb.

Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət isə gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Seçilən
13
49
azerbaijan-news.az

10Mənbələr