AZ

İsrailin Azərbaycandakı səfiri Qarabağı təbrik edib

Operativ MM saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İsrailin Azərbaycandakı səfiri Ronen Krausz "Qarabağ" Futbol Klubunun Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması ilə bağlı paylaşım edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səfir bu barədə "X" sosial media hesabında yazıb.

"Tofiq Bəhramov adına Respublika Stadionunda oyunu izləmək və 30 min Qarabağ azarkeşi ilə bu möhtəşəm nailiyyəti birgə qeyd etmək mənim üçün böyük sevinc idi. Çempionlar Liqasının qrup mərhələsində start götürərkən sizə uğurlar arzulayıram. İrəli, Qarabağ! İrəli, Azərbaycan!" - səfir qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
10
operativmm.az

10Mənbələr