AZ

Çempionlar Liqası: “Qarabağ”ın rəqibləri bu gün bəlli olacaq

Bu gün Monakoda UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimi keçiriləcək.
 
Moderator.az xəbər verir ki, IV səbətdə yer alan Azərbaycan təmsilçisi “Qarabağ”ın rəqibləri də müəyyənləşəcək.
 
Reqlamentə əsasən, bu mərhələdə hər bir iştirakçı komanda 4-ü evdə, 4-ü səfərdə olmaqla 8 matça çıxacaq.
 
36 klubun yarışacağı turnirin ilk turunun oyunları 16-17 sentyabrda baş tutacaq.
 
Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
 
I səbət
 
PSJ (Fransa), “Real Madrid” (İspaniya), “Mançester Siti” (İngiltərə), “Bavariya” (Almaniya), “Liverpul” (İngiltərə), “İnter” (İtaliya), “Çelsi” (İngiltərə), “Borussiya” (Dortmund, Almaniya), “Barselona” (İspaniya)
 
II səbət
 
“Arsenal” (İngiltərə), “Bayer” (Almaniya), “Atletiko” (İspaniya), “Benfika” (Portuqaliya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Yuventus” (İtaliya), “Ayntraxt” (Almaniya), “Brügge” (Belçika)
 
III səbət
 
“Tottenhem” (İngiltərə), “PSV Eyndhoven” (Niderland), “Ayaks” (Niderland), “Napoli” (İtaliya), “Sportinq” (Portuqaliya), “Olimpiakos” (Yunanıstan), “Bodo-Qlimt” (Norveç), “Slaviya” (Çexiya), “Marsel” (Fransa)
 
IV səbət
 
“Kopenhagen” (Danimarka), “Monako” (Fransa), “Qalatasaray” (Türkiyə), “Yunion” (Belçika), “Atletik” (İspaniya), “Nyukasl” (İngiltərə), “QARABAĞ” (AZƏRBAYCAN), “Pafos” (Kipr), “Kayrat” (Qazaxıstan)
Seçilən
0
29
moderator.az

10Mənbələr