AZ

Tramp Cənubi Koreyada baş verənləri inqilaba bənzədib

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ölkəsi Cənubi Koreya ilə biznes qurmayacaq.

"Report" xəbər verir ki, bu barədə Tramp “Truth Social”da yazıb.

"Cənubi Koreyada nə baş verir? Təmizləmə və ya inqilaba bənzəyir. Biz buna yol verə bilmərik və orada biznes qura bilmərik", - ABŞ lideri yazıb.

O, həmçinin qeyd edib ki, bu gün Ağ Evdə Cənubi Koreyanın yeni prezidenti Li Çje Myon ilə görüşəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
49
icma.az

10Mənbələr