Misli Premyer Liqasında 2-ci tur davam edir.
QOL.az xəbər verir ki, 3-cü oyun günündə 2 matçdan 1-i keçirilib.
Əvvəlcə “Şamaxı” öz meydanında “Sabah”ı qəbul edib. “Qarabağ”la ilk turun matçı təxirə salındığından bu, paytaxt təmsilçisinin yeni mövsümdə ilk oyunu olub. “Şamaxı” isə birinci turda “Neftçi” səfərindən 1 xalla (1:1) qayıdıb.
Qarşılaşma Masazır təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Günün ikinci görüşündə isə “Turan Tovuz” və “Araz-Naxçıvan” üz-üzə gəlir. Tovuz klubu ilk turda səfərdə “İmişli”yə qalib gəlib (1:0). Naxçıvan təmsilçisi isə “Zirə” ilə xalları yarı bölüb (1:1). Bu görüşün start fiti 19:30-da səslənib.
24 avqust (bazar)
19:30. “Turan Tovuz ” - “Araz-Naxçıvan” - 0:2 (İkinici hissə)
Qollar: Şarl Boli, 38, Ba-Muaka Simakala, 53
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
“Azersun Arena”
17:00. “Şamaxı” - “Sabah” - 1:2
Qollar: Coy-Lens Mikels, 1 (0:1), Dioqo Balau, 59 (1:1), Coy-Lens Mikels, 76 (1:2)
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Şamaxı şəhər stadionu
25 avqust (bazar ertəsi)
19:00. “Qəbələ” - “Zirə”
22 avqust (cümə)
“Qarabağ” - “Sumqayıt” - 0:1
“İmişli” - “Neftçi” - 0:0
23 avqust (şənbə)
“Kəpəz” - “Karvan” - 2:3