AZ

“Sabah” səfərdə “Şamaxı”nı məğlub edib

Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

Günün ilk matçında “Şamaxı” “Sabah”ı qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

1-ci dəqiqədə qonaqlardan Coy Lens Mikels fərqlənib. 58-ci dəqiqədə Dioqo Balau tarazlığı bərpa edib. 76-cı dəqiqədə Coy Lens Mikels dubl müəllifi olub.

Meydan sahibləri ilk turda səfərdə “Neftçi” ilə bərabərə qalib -1:1. “Sabah” - “Qarabağ” oyunu isə təxirə salınmışdı.

Günün ikinci görüşündə “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Qeyd edək ki, II turun əvvəlki oyunlarında “Neftçi” “İmişli” ilə heç-heçə edib. “Sumqayıt” “Qarabağ”ı (1:0), “Karvan-Yevlax” “Kəpəz”i (3:2) məğlub edib. Tura avqustun 25-də “Qəbələ” - “Zirə” matçı ilə yekun vurulacaq.

Seçilən
7
8
news365.az

10Mənbələr