AZ

"Araz-Naxçıvan" "Turan Tovuz"a qalib gəlir - Yenilənir

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasında 2-ci tur davam edir.

QOL.az xəbər verir ki, 3-cü oyun günündə 2 matçdan 1-i keçirilib.

Əvvəlcə “Şamaxı” öz meydanında “Sabah”ı qəbul edib. “Qarabağ”la ilk turun matçı təxirə salındığından bu, paytaxt təmsilçisinin yeni mövsümdə ilk oyunu olub. “Şamaxı” isə birinci turda “Neftçi” səfərindən 1 xalla (1:1) qayıdıb.

Qarşılaşma Masazır təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Günün ikinci görüşündə isə “Turan Tovuz” və “Araz-Naxçıvan” üz-üzə gəlir. Tovuz klubu ilk turda səfərdə “İmişli”yə qalib gəlib (1:0). Naxçıvan təmsilçisi isə “Zirə” ilə xalları yarı bölüb (1:1). Bu görüşün start fiti 19:30-da səslənib. 

24 avqust (bazar)

19:30. “Turan Tovuz ” - “Araz-Naxçıvan” - 0:1 (İkinici hissə)

Qol: Şarl Boli, 38
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
“Azersun Arena”

17:00. “Şamaxı” - “Sabah” - 1:2 

Qollar: Coy-Lens Mikels, 1 (0:1), Dioqo Balau, 59 (1:1), Coy-Lens Mikels, 76 (1:2)
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Şamaxı şəhər stadionu

25 avqust (bazar ertəsi)

19:00. “Qəbələ” - “Zirə”

22 avqust (cümə)

“Qarabağ” - “Sumqayıt” - 0:1

“İmişli” - “Neftçi” - 0:0 

23 avqust (şənbə)

“Kəpəz” - “Karvan” - 2:3

Seçilən
3
11
teleqraf.com

10Mənbələr