Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
“Qafqazinfo” xəbər verir ki, günün ilk matçında “Şamaxı” “Sabah”ı qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Birinci dəqiqədə “Sabah”ın oyunçusu Coy Lens Mikels fərqlənib. 58-ci dəqiqədə Dioqo Balau tarazlığı bərpa edib. 76-cı dəqiqədə Mikels dubl müəllifi olub.
Günün ikinci görüşündə “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gələcək.