Misli Premyer Liqasında 2-ci tur davam edir.
QOL.az xəbər verir ki, 3-cü oyun günündə 2 matçdan 1-i keçirilir.
Əvvəlcə “Şamaxı” öz meydanında “Sabah”ı qəbul edir. “Qarabağ”la ilk turun matçı təxirə salındığından bu, paytaxt təmsilçisinin yeni mövsümdə ilk oyunudur. “Şamaxı” isə birinci turda “Neftçi” səfərindən 1 xalla (1:1) qayıdıb. Qarşılaşmaya 17:00-da start verilib.
Günün ikinci görüşündə isə “Turan Tovuz” və “Araz-Naxçıvan” üz-üzə gələcək. Tovuz klubu ilk turda səfərdə “İmişli”yə qalib gəlib (1:0). Naxçıvan təmsilçisi isə “Zirə” ilə xalları yarı bölüb (1:1). Bu görüşün start fiti 19:30-da səslənəcək.
24 avqust (bazar)
17:00. “Şamaxı” - “Sabah” - 1:1 (İkinci hissə)
Qollar: Coy-Lens Mikels, 1 (0:1), Dioqo Balau, 59 (1:1)
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Şamaxı şəhər stadionu
19:30. “Turan Tovuz ” - “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
“Azersun Arena”
25 avqust (bazar ertəsi)
19:00. “Qəbələ” - “Zirə”
22 avqust (cümə)
“Qarabağ” - “Sumqayıt” - 0:1
“İmişli” - “Neftçi” - 0:0
23 avqust (şənbə)
“Kəpəz” - “Karvan” - 2:3