AZ

Bomba təhlükəsi səbəbilə Aktau-Şımkent reysi beş saatdan çox yoxlanılıb

Aktau-Şımkent reysi ilə uçan 200-dən çox sərnişin hava gəmisində partlayıcı qurğunun olması ilə bağlı xəbərdən sonra təcili olaraq təyyarədən endirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki,çaxnaşmaya körpəsi olan 27 yaşlı qadın səbəb olub.

Ekipaj üzvləri və bütün sərnişinlər təcili olaraq təxliyə edilib, təyyarə mütəxəssislər tərəfindən beş saatdan çox yoxlanılıb. Hadisə yerində xüsusi xidmət əməkdaşları çalışıb, lakin təyyarədə heç bir partlayıcı maddə aşkar edilməyib.

Hadisənin şahidləri qadının belə ifadəsinə emosional pozğunluqdan əziyyət çəkməsinin səbəb olduğunu ehtimal edirlər. Polis qadın sərnişini saxlayıb.

Nəqliyyat polis departamentində aydınlaşdırılıb ki, faktla bağlı “Terror aktı haqqında bilərəkdən yalan xəbər vermək” maddəsi ilə cinayət işi açılıb.

Seçilən
6
11
sia.az

10Mənbələr