Milli Hidrometeorologiya Xidmətinin avqustun 22-si saat 9:00-a olan məlumatına əsasən, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir.
Xidmətdən Xezerxeber.az-a verilən məlumata görə, küləyin maksimal sürəti saniyədə 23 metrədək güclənir.
Dənizdə dalğanın hündürlüyü 4.4 metrdir.
Ölkə ərazisində müşahidə olunan külək avqustun 22-si günün ikinci yarısından zəifləyəcək.