AZ

Sabirabadda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Sabirabadda
Avqustun 21-də Sabirabad rayonu Axıska kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan 1news.az-a bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü Orxan Yordanidze tərəfindən törədildiyi məlum olub.
Hadisə nəticəsində ərazidə quru ot və kol-kos yanıb.

Əməli törədən O.Yordanidze barəsində məsuliyyət tədbiri görülüb.

Seçilən
4
38
1news.az

10Mənbələr