Bu gün Azərbaycan Premyer Liqasında II tura start veriləcək.
Teleqraf xəbər verir ki, turun açılış oyununda "İmişli" Şamaxı şəhər stadionunda "Neftçi"ni qəbul edəcək.
Baş hakim Rauf Cabarovun idarə edəcəyi görüş 17:00-da start götürəcək.
Günün digər matçında isə son ölkə çempionu "Qarabağ"la "Sumqayıt" komandaları üz-üzə gələcək.
"Azersun Arena"da keçiriləcək qarşılaşmanı Cavid Cəlilov idarə edəcək. Oyun 19:30-da başlanacaq
Qeyd edək ki, II turun digər matçları 23-25 avqust tarixlərində keçiriləcək.
Azərbaycan Premyer Liqası
II tur
22 avqust
17:00 “İmişli” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Şamaxı şəhər stadionu
19:30 “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”