AZ

Pakistanın Azərbaycandakı səfiri Hikmət Hacıyevlə görüşüb - FOTO

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
 
Moderator.az-ın xəbərinə görə, bu barədə səfir öz "X" hesabında paylaşım edib.
 
"Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri cənab Hikmət Hacıyevlə görüşdüm. Onu Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması, eləcə də regional qarşılıqlı fəaliyyət sferasında baş verən müsbət dəyişikliklərlə bağlı təbrik etdim", - deyə Qasım Mohiuddin paylaşımda bildirib.

Seçilən
45
2
moderator.az

10Mənbələr