AZ

Müğənni Rəqsanənin həyat yoldaşı da istintaqa cəlb edildi

Kulis.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dələduzluqda ittiham olunaraq həbs edilən müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanov istintaqa cəlb olunub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Fazil Əmiraslanov Bakıya gəlib və artıq istintaqda ifadə verib.

Qeyd edək ki, avqustun 16-da Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Rəqsanə İsmayılovanın həbsi ilə bağlı qərardan apellyasiya şikayəti verilib. Şikayətə bu gün Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Rəqsanə İsmayılovadan şikayətçi olan Gündüz Məmmədov dünən videomüraciət yayıb. O, müraciətdə Rəqsanə İsmayılova və həyat yoldaşı Fazil Əmiraslanov tərəfindən aldadılmaları barədə danışıb.

Nobel mükafatına təqdim olunmuş şair - Məmməd İsmayıl niyə fərqli gerçəkliklər yaşamağa məhkum olmuşdu?

Yazıçı - Faruk Mustafa Paşanın hekayəsi

“Bir ehtimal da var, o da ölməkmi deyirsən?” - Qədim yunan dilini mükəmməl bilən anarxist şair

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
30
kulis.az

10Mənbələr