AZ

Sabah 38 dərəcə isti olacaq

Azərbaycanda avqustun 21-də bəzi yerlərdə havanın 38 dərəcə isti olacağı gözlənilir.

Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi günün ikinci yarısından arabir güclənəcək.

Havanın temperaturu gecə 21-25, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.

Seçilən
10
49
publika.az

10Mənbələr