Bakı. Trend:
Bu il dövlət büdcəsinin xərcləri 40,7 milyard manat səviyyəsindəolacağı gözlənilir ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən1,7 faiz azdır.
Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Ümumilikdə 2025-ci il gözlənilən dövlət büdcəsinin xərclərininstrukturuna daxil olan cari xərclərə ümumi xərclərin 59,8 faizihəcmində və ya 24,3 milyard manat (təsdiq olunmuş göstəriciyənisbətən 407,2 milyon manat vəya 1,6 faiz az), əsaslı xərclərəümumi xərclərin 34,3 faizi həcmində və ya 13,9 milyard manat(təsdiq olunmuş göstəriciyə nisbətən 312,8 milyon manat və ya 2,2faiz az), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin5,9 faizi həcmində və ya 2,4 milyard manat (təsdiq olunmuşgöstərici səviyyəsində) vəsait yönəldiləcək.
Müvafiq olaraq dövlət büdcəsinin tərkibindəcari xərclərin xüsusiçəkisi eyni olacağı, əsaslı xərclərin xüsusi çəkisi 0,1 faiz-bəndazalacağı, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisiisə 0,1 faiz-bənd artması gözlənilir. 2025-ci ilin dövlətbüdcəsində dövlət borcuna xidmət xərcləri üzrə 2.4 milyard manatməbləğində, o cümlədən xarici dövlət borcu üzrə 1.4 milyard manat,daxili dövlət borcu üzrə isə 958,0 milyon manat məbləğində vəsaitnəzərdə tutulub.
Gözlənilən 2025-ci il dövlət büdcəsinin xərcləri funksionaltəsnifata uyğun olaraq sosial müdafiə və sosial təminat xərcləritəsdiq olunmuş 4,751 milyard manata qarşı 4,704 milyard manat və ya47,5 milyon manat (1,0 faiz) az, ətraf mühitin mühafizəsi xərcləritəsdiq olunmuş 414.2 milyon manata qarşı 410.1 milyon manat və ya4,1 milyon manat (1,0 faiz), mədəniyyət, incəsənət, informasiya,bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digərfəaliyyət xərcləri təsdiq olunmuş 621.8 milyon manata qarşı 615.6milyon manat vəya 6,2 milyon manat (1,0 faiz), iqtisadi fəaliyyət(dövlət əsaslı və sait qoyuluşu, işğaldan azad olunmuş ərazilərinyenidən qurulması, bərpası vədigər xərclər) xərcləri təsdiq olunmuş8,377 milyard manata qarşı 8,210 milyard manat və ya 167,6 milyonmanat (2,0faiz), müdafiə və milli təhlükəsizlik xərcləri təsdiqolunmuş 8,396 milyard manata qarşı 8,245 milyard manat və ya 151,1milyon manat (1,8 faiz),məhkəmə hakimiyyəti, hüquq mühafizə vəprokurorluq xərcləri təsdiq olunmuş 3,192 milyard manata qarşı3,144 milyard manat və ya 47,9 milyon manat (1,5 faiz), kəndtəsərrüfatı xərcləri təsdiq olunmuş 1,203 milyard manata qarşı1,179 milyard manat və ya 24,1 milyon manat (2,0 faiz), təhsilxərcləri təsdiq olunmuş 4,937 milyard manata qarşı 4,838 milyardmanat vəya 98,7 milyon manat (2,0 faiz), ümumi dövlət xidmətləri(qanunvericilik və icra hakimiyyəti, beynəlxalq münasibətlər,xarici ölkələrə yardımlar, büdcələrarası transfertlər, dövlətborcu) xərcləri təsdiq olunmuş 5,261 milyard manata qarşı 5,179milyard manat və ya 81,8 milyon manat (1,6 faiz), səhiyyə xərcləritəsdiq olunmuş 1,993 milyard manata qarşı 1,969 milyard manat və ya23,9 milyon manat (1,2 faiz), mənzil və kommunal təsərrüfatıxərcləri təsdiq olunmuş 369,9 milyon manata qarşı 361,4 milyonmanat və ya 8,5 milyon manat (2,3 faiz), əsas bölmələrə aidedilməyən xidmətlər üzrəxərclər isətəsdiq olunmuş 1,887 milyardmanata qarşı 1,829 milyard manat və ya 58,5 milyon manat (3,1 faiz)az olacağı proqnozlaşdırılır.