2025-ci ilin gözlənilən dövlət büdcəsinin kəsiri 1 556 milyon manat azaldılaraq 1 495,6 milyon manat məbləğinə çatdırılıb.
Bu barədə “APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait, vahid xəzinə hesabının sərbəst qalığı və Məqsədli Büdcə Fondlarının vəsaitinin qalığı hesabına təmin ediləcəkdir. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 1,2 faiz həcmində olacaqdır. Eyni zamanda, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 2025-ci ildə 22,6 faiz proqnoza qarşı mövcud gözləntilər əsasında ilin sonuna 21,4 faiz səviyyəsində olacağı gözlənilir.