AZ

Dövlət büdcəsinin xərcləri 40,7 milyard manat səviyyəsində proqnozlaşdırılır

2025-ci il dövlət büdcəsinin xərcləri 40687,6 milyon manat səviyyəsində olacağı gözlənilir ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 1,7 faiz azdır. Ümumilikdə 2025-ci il gözlənilən dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 59,8 faizi həcmində və ya 24346,7 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 407,2 milyon manat və ya 1,6 faiz az), əsaslı xərclərə ümumi xərclərin 34,3 faizi həcmində və ya 13941,3 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 312,8 milyon manat və ya 2,2 faiz az), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 5,9 faizi həcmində və ya 2399,6 milyon manat (təsdiq olunmuş göstərici səviyyəsində) vəsait yönəldiləcəkdir. Müvafiq olaraq dövlət büdcəsinin tərkibində cari xərclərin xüsusi çəkisi eyni olacağı, əsaslı xərclərin xüsusi çəkisi 0,1 faiz-bənd azalacağı, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə 0,1 faiz-bənd artması gözlənilir. 2025-ci ilin dövlət büdcəsində dövlət borcuna xidmət xərcləri üzrə 2.399,6 milyon manat məbləğində, o cümlədən xarici dövlət borcu üzrə 1.441,6 milyon manat, daxili dövlət borcu üzrə isə 958,0 milyon manat məbləğində vəsait nəzərdə tutulmuşdur.

Seçilən
9
5
teleqraf.com

10Mənbələr