AZ

Çin və Hindistan sərhəd məsələləri üzrə dialoqu bərpa edib

Xarici işlər nazirləri münasibətlərin əməkdaşlıq yoluna qayıtdığını bildirir...

Çin və Hindistan sərhəd bölgələrində “sülh və sabitliyin qorunması” məsələləri ilə bağlı bütün səviyyələrdə dialoqu bərpa edib.

Poliqon xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van Yi Hindistanın XİN rəhbəri Subramanyam Cayşankar ilə görüşündə bildirib. AFP-nin məlumatına görə, Van Yi iki ölkə münasibətlərində “əməkdaşlıq yoluna qayıdışı göstərən müsbət tendensiyanın” müşahidə olunduğunu vurğulayıb.

Çin nümayəndəsi həmçinin qeyd edib ki, hər iki ölkə bir-birini “təhdid və ya rəqib deyil, tərəfdaş və imkan kimi görməlidir”.

Məlumata görə, Van Yinin 18–20 avqust tarixlərini əhatə edən Hindistana işgüzar səfəri çərçivəsində ölkənin baş naziri Narendra Modi ilə də görüşü planlaşdırılır. Hindistan KİV-ləri yazır ki, Modi bu ay Çinə səfər edə bilər. Əgər bu baş tutarsa, bu, onun 2018-ci ildən bəri Çinə ilk səfəri olacaq.

Poliqon.info

Seçilən
56
50
poliqon.info

10Mənbələr