BAKI, 19 avqust. TELEQRAF
Bu müharibənin başa çatdırılması istiqamətində son iki həftədə arxada qalan üç il yarımdan daha çox irəliləyiş əldə etmişik.
Teleqraf xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksander Stabb Ağ Evdə Avropa liderləri ilə Donald Tramp və Volodimir Zelenski arasında çoxtərəfli görüşdə söyləyib.
O, Avropa liderlərinin Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə etmək məqsədilə toplaşmasının simvolik xarakter daşıdığını qeyd edib.
Stabb ölkəsinin Rusiya ilə 1300 kim-dən çox sərhədinin olduğunu xatırladıb. O həmçinin Finlandiya 1809-cu ildən 1917-ci ilə qədər Rusiya imperiyasının tərkibinə daxil olduğunu diqqətə çatdırıb.