AZ

Starmer: Bugünkü görüş Ukrayna və Avropanın təhlükəsizliyi baxımından tarixi addımdır

BAKI, 18 avqust. TELEQRAF

Ağ Evdə keçirilən bu görüş Ukrayna və Avropanın təhlükəsizliyi baxımından tarixi addım ola bilər.

Teleqraf xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Ağ Evdə Avropa liderləri ilə Donald Tramp və Volodimir Zelenski arasında çoxtərəfli görüşdə bildirib.

"Düşünürəm ki, bu gün biz həqiqətən vacib bir addım ata bilərik. Əslində bu görüş Ukrayna və Avropanın təhlükəsizliyi baxımından tarixi bir addım ola bilər", - o söyləyib.

Britaniya hökumət başçısının sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın "5-ci maddə üslubunda" təhlükəsizlik zəmanətləri ilə bağlı fikri Ukraynanın əsas Avropa müttəfiqləri olan "İstəklilər Koalisiyasının" son aylarda gördüyü işlərə uyğundur.

O əlavə edib ki, koalisiya Ukraynanın təhlükəsizliyini təmin etmək məsələsində məsuliyyəti öz üzərinə götürməyə hazırdır.

Seçilən
27
50
teleqraf.com

10Mənbələr