Yaxın bir-iki həftə ərzində Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllinin mümkün olub-olmadığı bəlli olacaq.
Heftelik.az-ın xəbərinə gprə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Avropa ölkələrinin liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən görüşdə bildirib.
Donald Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putin və Zelenskinin iştirakı ilə üçtərəfli görüşün keçiriləcəyinə inandığını vurğulayıb. Onun sözlərinə görə, əsas məsələ belə bir görüşün baş tutub-tutmaması deyil, onun nə vaxt təşkil olunacağıdır: “Düşünürəm ki, biz bunu təşkil edəndə, yəni “nə vaxt” sualına cavab tapanda, əminəm ki, həqiqətən də müsbət addımların şahidi olacağıq”.