Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ABŞ Prezidenti Donald Trampla görüşdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri və digər vacib məsələlər barədə danışılıb.
Zelenski qeyd edib ki, görüş çox məhsuldar keçib və bəlkə də indiyədək baş tutan ən yaxşı söhbət olub: “Biz yalnız indi Trampla yaxşı bir söhbət apardıq. Bəlkə də bütün zamanların ən yaxşısı, ya da ən yaxşısı hələ qabaqdadır.”
O əlavə edib ki, ərazi məsələləri üçtərəfli görüşdə müzakirə olunacaq və döyüş əməliyyatları ilə bağlı çoxlu detallar xəritədə göstərilib. Zelenski bildirib ki, həssas mövzular, o cümlədən ərazi mübadilələri, liderlər səviyyəsində Trampın vasitəçiliyi ilə müzakirə olunacaq.
Musavat.com