ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenskini qarşılayıb. Avtosfer.az xəbər verir ki, liderlər Oval kabinetdə mətbuata birgə açıqlamalar veriblər. Daha sonra Trampın xüsusi otağında foto çəkdiriblər.
***
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Avropa liderləri ilə görüş keçirir. Görüşdə Ukrayna lideri Volodimir Zelnski, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Corcia Meloni və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iştirak edir.
***
“Hazırda Rusiyanın nəzarətində olan ərazilər də əsas götürülməklə Ukrayna və Rusiya arasındakı mümkün ərazi mübadiləsi məsələsinə baxılmalıdır”, - ABŞ lideri sammitdə deyib.
***
Tramp bildirib ki, Rusiya və Ukraynanın müsbət nəticəli irəliləyişlər əldə edəcəyinə inanır. O qeyd edib ki, Oval ofisdə Volodimir Zelenski ilə uğurlu görüş keçirib.