Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın Rusiya–Ukrayna müharibəsinin dayandırılması və diplomatik həll yolunun tapılması ilə bağlı təşəbbüsünü dəstəklədiyini bəyan edib.
Editor.az xəbər verir ki, bu barədə Zelenski Ağ Evdə Tramp ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Biz prezident Trampın bu müharibənin dayandırılması və diplomatik yolla həll olunması ideyasını dəstəkləyirik. Müharibəni dayandırmalıyıq, Rusiyanı dayandırmalıyıq və bunun üçün bizə ABŞ və Avropa tərəfdaşlarımızın dəstəyi lazımdır”, – deyə Ukrayna lideri vurğulayıb.
Zelenski əlavə edib ki, Ukrayna xalqı gücünü sübut edib və ölkə öz müstəqilliyini qorumaq üçün bütün imkanlardan istifadə edəcək.
//Samir Qurbanov, Editor.az