ABŞ Prezidenti Donald Tramp Ukraynanın NATO-ya daxil olması ilə bağlı bəyanatlara cavab verib.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə Ukraynanın NATO-ya qoşulması ilə bağlı suala cavabında bunun heç vaxt baş verməyəcəyini bildirib.
“Biz bunu heç vaxt müzakirə etməmişik. Bu gün müzakirə edəcəyik, lakin biz çox yaxşı təhlükəsizlik zəmanəti verməyə hazırıq. İnsanlar da bizdən bunu gözləyir”, - deyib.
Tramp bildirib ki, Avropa liderləri ilə NATO çərçivəsində deyil, Avropa və ABŞ-nin dəstəyi ilə Ukraynaya təhlükəsizlik zəmanəti verilməsini müzakirə edib.