ABŞ Prezidenti Donald Tramp Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli görüşün mümkünlüyünə əmin olduğunu bildirib.
Bakues.az-ın məlumatına görə, bunu o, Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.
“Düşünürəm ki, bu gün hər şey yaxşı olsa, üçtərəfli görüşümüz olacaq. Həm də düşünürəm ki, bunu etdikdə müharibəni bitirmək şansımız olacaq”, – Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp vurğulayıb.