AZ

Ermənistan silahlı qüvvələrinin Xankəndiyə, Laçına, Kəlbəcərə, Ağdərəyə, Cəbrayıla, Füzuliyə hücumları nəticəsində məcburi köçkün düşmüş, yaralanmış, doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə veriblər

Bakı. Trend:

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülhvə insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları ArayikHarutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, DavidBabayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayətişləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 18-dədavam etdirilib.

Trend xəbər verirki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə,Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakimGünel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilənşəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələriüçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri vənümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlariştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmişşəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edənprokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onlarınqanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izahedib.

Təqsirləndirilən şəxs Bako Sahakyanın vəkili müdafiə etdiyişəxslə konfidensial şəkildə görüşmək, təqsirləndirilən şəxs ArayikHarutyunyanın vəkili isə müdafiə etdiyi şəxslə məhkəmə zalındatelefonla danışmaq istədiyini bildirib.

Sədrlik edən hakim müdafiəçilərin vəsatətlərini təmin edərəktelefon danışığı və konfidensial görüş keçirilməsi üçün məhkəmədəfasilə elan edib.

Fasilədən sonra məhkəmə iclası zərərçəkmiş şəxslərin vəzərərçəkmişlərin hüquqi varislərinin ifadələri ilə davametdirilib.

Zərərçəkmiş şəxs Eldar Həsənovun hüquqi varisi - oğlu NamiqHəsənov ifadəsində atasının 1992-ci il fevralın 26-da XocalıdaErmənistan silahlı qüvvələrinin hücumu nəticəsində şəhid olduğunusöyləyib. “Atam həmin vaxt Ağdamdan Xocalıya köməyə getmişdi.

Mən və doğmalarım isə Ağdam rayonundan məcburi köçkün düşmüşük”,- deyə o əlavə edib.

Zərərçəkmiş şəxs Pənah Məmmədovun hüquqi varisi Məzahir Məmmədovifadəsində Laçın rayonunun Oğuldərə kəndinin sakini olduğunu,1992-ci ildə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsindəyaşadıqları yerdən məcburi köçkün düşdüyünü bildirib. Onun qardaşıPənah Məmmədov 1993-cü ildə Ağdamda döyüşlər zamanı itkindüşüb.

Zərərçəkmiş şəxslərin hüquqi varisi Çingiz Alməmmədov ifadəsindəLaçın rayonundan məcburi köçkün düşdüyünü deyib. Zərərçəkmiş şəxspolis əməkdaşı kimi Laçının müdafiəsində iştirak etdiyini dəsöyləyib. Laçının işğalı zamanı Ermənistanın Gorus rayonundanaçılan top atəşləri nəticəsində atası İdris Alməmmədov, qardaşıEhtiram Alməmmədov, qardaşının həyat yoldaşı Mahirə Alməmmədova vəqardaşının körpə övladı həlak olub. Baş Prokurorluğun Dövlətittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayonməhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisiNəsir Bayramovun suallarını cavablandıran Ç.Alməmmədov həlak olandoğmalarının Ağcabədi rayonunda dəfn edildiyini deyib.

Zərərçəkmiş şəxs Nuran Qasımov ifadəsində bildirib ki,Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində 44 günlükVətən müharibəsində və 2021-ci ildə Laçında şərti sərhədinyaxınlığında yaralanıb. Onun qardaşı Teymur Qasımov isə 2016-cıilin Aprel döyüşləri zamanı, aprelin 2-də Ermənistan silahlıqüvvələrinin təxribatları nəticəsində şəhid olub.

Hidayət Cahangirov ifadəsində Vətən müharibəsi zamanı - 2020-ciil oktyabrın 12-də yaralandığını söyləyib. Zərərçəkmiş şəxstəqsirləndirilən şəxs David Manukyanın sualına cavabındayaralanması ilə əlaqədar 2021-ci ilin may ayına qədər müalicəolunduğunu deyib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıranzərərçəkmiş şəxs Sərvin Cavadzadə 2020-ci ilin Vətən müharibəsizamanı, oktyabrın 15-də Cəbrayıl istiqamətində yaralandığınıdeyib.

Vüqar Fərəcov ifadəsində Xankəndidə yaşadığı evin 1988-ci ildəermənilər tərəfindən talan olunduğunu, nəticədə doğmaları iləbirlikdə məcburi köçkün düşdüyünü bildirib. O, məcburi köçkündüşənə qədər Xankəndidə Nizami Gəncəvi adında 4 nömrəli məktəbdətəhsil aldığını deyib. Dövlət ittihamçısı Vüsal Abdullayevinsuallarına cavabında zərərçəkmiş şəxs Xankəndidə bütünazərbaycanlılara qarşı təzyiqlər olduğunu, evlərin talan edildiyinivə yandırıldığını söyləyib. V.Fərəcov məcburi köçkün olarkən ailəüzvləri ilə birlikdə Qubadlı rayonunda məskunlaşıb. 1993-cü ildəisə Qubadlıya Ermənistan silahlı qüvvələri tərəfindən hücumlaredilməsi səbəbindən məcburi köçkün düşüblər.

Şakir Orucov ifadəsində 1992-ci ilin may ayında Ermənistansilahlı qüvvələrinin hücumları nəticəsində yaşadığı Laçın rayonununQorçu kəndindən məcburi köçkün düşdüyünü bildirib. Dövlətittihamçısı Təranə Məmmədovanın suallarına cavabında evlərinintalan edilərək yandırıldığını bildirib. Ermənistan silahlıqüvvələrinin hücumu nəticəsində qardaşı oğlu Bərdədə şəhidolub.

Zərərçəkmiş şəxsin hüquqi varisi Fazil Səmədov qardaşının1993-cü ilin mart ayında Ermənistan silahlı qüvvələri ilə döyüşlərzamanı itkin düşdüyünü bildirib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarınıcavablandıran zərərçəkmiş Ramin Xəlilov Xocavənd rayonunda hərbixidmətdə olarkən Ermənistan silahlı qüvvələrinin açdığı atəşlərnəticəsində 2005-ci və 2007-ci illərdə yaralandığını söyləyib.

Bəhruz Qurbanov ifadəsində deyib ki, 2016-cı il aprelin 3-də(Aprel döyüşləri zamanı – red.) Ermənistan silahlı qüvvələrininatdığı mərmilərin partlaması nəticəsində Tərtərdə yaşadığı evə vəsahibkarlıq təsərrüfatına zərər dəyib, özü isə yaralanıb.

Fehruz Bayramov ifadəsində Ermənistan silahlı qüvvələrininhücumları nəticəsində 1993-cü il avqustun 23-də Cəbrayıl rayonundanməcburi köçkün düşdüyünü deyib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi TuqayRəhimlinin suallarını cavablandıran Taleh Əliyev Ermənistan silahlıqüvvələrinin hücumları nəticəsində 1993-cü ildə Füzuli rayonununZərgər kəndindən məcburi köçkün düşdüyünü bildirib. Əmisinin ikioğlu öldürülüb.

Əli Cəfərov Xankəndidə anadan olduğunu, 1991-ci ildə məcburiköçkün düşdüyünü, həmin il sentyabrın 25-də atası Şərif CəfərovunKərkicahanda düşmənin hücumu nəticəsində xəsarət aldığınısöyləyib.

Mayıl Şirinov ifadəsində bildirib ki, Ermənistan silahlıqüvvələrinin hücumu zamanı - 1993-cü il oktyabrın 24-də atası, ikiqardaşı və dayısı Cəbrayıl rayonunda itkin düşüb. Qardaşlarının vədayısının nəşrləri ötən il tapılıb. Atasının nəşi indiyədəktapılmayıb.

Bəsti Hacıyeva ifadəsində Ermənistan silahlı qüvvələrinin hücumunəticəsində 1993-cü il avqustun 23-də Cəbrayıl rayonunun Dağ Tumaskəndindən, Sücahət Həziyeva isə həmin gün rayonun Xələfli kəndindənməcburi köçkün düşdüyünü deyiblər. Rüxsarə Piriyeva və VüqarHacıyev də 1993-cü ildə Cəbrayıldan məcburi köçkün düşdüklərinisöyləyiblər.

Sürəyya Niftəliyeva Ermənistan silahlı qüvvələrinin hücumunəticəsində 1993-cü ildə ailə üzvləri, o cümlədən iki körpə uşağıilə birlikdə yaşadığı Zəngilan rayonundan məcburi köçkün düşdüyünüsöyləyib.

Xuraman Muradova 1992-ci ildə Ermənistan silahlı qüvvələrininLaçın rayonuna hücumları nəticəsində məcburi köçkün düşdüyünüsöyləyib. Yaşadığı ev yandırılıb. Bundan sonra Goranboy rayonununBallıqaya kəndinin ərazisində məskunlaşıb. O bildirib ki,Ermənistan silahlı qüvvələri 1992-ci il avqustun 28-də həmin kəndəhücum edərək qətliam törədib. Bu zaman 24 nəfər azərbaycanlı, ocümlədən 6 aylıq körpə və yaşı 100-dən yuxarı olan şəxs qətləyetirilib.

Kifayət Quliyeva ifadəsində 1990-cı illərdə yaşadığı Ağdərərayonunun Vəngli kəndində azərbaycanlıların ermənilər tərəfindənsıxışdırılmasından danışıb. “Məqsəd azərbaycanlıların evlərindənçıxaraq getməsinə nail olmaq idi”, - deyə zərərçəkmiş söyləyib. Obildirib ki, nəticədə özü, doğmaları və digər azərbaycanlılaryaşadığı yurd-yuvalarından məcburi köçkün düşüblər.

Nailə Hüseynova ifadəsində həyat yoldaşının 1991-ci il mayın20-də qətlə yetirildiyini, özünün isə Cəbrayıl rayonunun Çullukəndindən məcburi köçkün düşdüyünü deyib.

Oktay Əmirov, Dilafət Rəsulov, Qoşqar Rəsulov, Səlim Mehdiyev,Pərviz Paşayev Ermənistan silahlı qüvvələrinin hücumlarınəticəsində 1992-ci ildə Laçın rayonundan, Məhəmməd Ağamalıyev1992-ci ildə Kəlbəcər rayonundan, Niyazi Məmmədov, Mahir Aslanov1992-ci ildə Ağdərə rayonundan, Təranə Yusifova 1993-cü ildə Ağdamrayonundan məcburi köçkün düşdüklərini bildiriblər.

Zərərçəkmişlər, həmçinin təqsirləndirilən şəxslərin, o cümlədənLevon Mnatsakanyanın, David Babayanın, təqsirləndirilənlərinmüdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını dacavablandırıblar.

Məhkəmə prosesi avqustun 21-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarınınvəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlıbirləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılıqaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyiəsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisindədaxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycanahərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan RobertSedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, SarkisyanVazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan ArşavirSurenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədənsözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkarmüharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına daircinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, QukasyanArkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan LevonHenrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan LevonRomiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası CinayətMəcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edənşəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.

Seçilən
26
50
az.trend.az

10Mənbələr