AZ

ABŞ Avropanı Ukraynaya təhlükəsizlik zəmanəti verməyə çağırır

Avropa Ukraynaya təhlükəsizlik zəmanəti verməli və bunun üçün pul ödəməlidir.

Editor.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker Fox News-a müsahibəsində bildirib.

“Ukraynalılar başa düşürlər ki, davamlı sülhə nail olmaq üçün onlara təhlükəsizlik zəmanəti lazımdı və bunu avropalılar təmin etməli, ödəməlidir”, – o deyib.

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında martın 18-də keçiriləcək görüşün əsas mövzularından biri Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi olacaq.

Metyu Uitakerin qeyd etdiyi kimi, bu təhlükəsizlik təminatlarına Amerika hərbçilərinin Ukrayna ərazisinə yerləşdirilməsi mütləq daxil deyil. Uitakerə görə, bu, qoşunların komandanlığı və nəzarəti ola bilər. Ancaq bunun nə olacağına son nəticədə Tramp qərar verəcək.

//Gülnarə Abasova, Editor.az

Seçilən
46
50
editor.az

10Mənbələr